Ukrayna Ali Radasının deputatı Sergey Kaplin Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zeleskinin inaqurasiya mərasiminin iki mərhələdə keçirilməsi fikrini irəli sürüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, andiçmə mərasiminin birinci mərhələsinin mayın 19-da Ali Radanın reqlamentinə əsasən parlament zalında, ikincinin isə ictimaiyyətin və başqa dövlətlərdən gələn qonaqların iştirakını təmin etmək üçün iyunun 3-də Kiyevin “Olimpiysk” stadionunda keçirilməsi təklif olunub.
Bundan əlavə, millət vəkili Zelenskinin hər il sözügedən stadionda vətəndaşlar qarşısında illik hesabat verməyi də təklif edib.
Son xəbərlər
Son Xəbərlər