Ukrayna Konstitusiya Məhkəməsi Prezident Administrasiyasının rəhbəri Andrey Boqdanın daşıdığı vəzifəyə təyinatını qanunsuz hesab edərsə, prezident Vladimir Zelenski onu işindən kənarlaşdıracaq.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu yerli telekanalların birinin efirində qonaq olan Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka deyib. Dövlət rəsmisi bildirib ki, Zelenskinin komandası məhkəmənin qərarı ilə hərəkət edəcək.
“Konstitusiya Məhkəməsi qərar çıxarsa ki, lyüstrasiya haqqında qanun Konstitusiyaya uyğun gəlir, həmin gün prezident Boqanı işindən azad edəcək”, - deyə Ryaboşapka qeyd edib.
Son xəbərlər
Son Xəbərlər