Zelenskinin korteji jurnalisti vurdu

zelenskinin-korteji-jurnalisti-vurdu
Oxunma sayı: 2167

Ukrayna Prezidenti Vladimir Zelenskinin korteji “Pryamoy” telekanalının jurnalistini vurub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kiyevdə mətbuat konfransının keçirildiyi binanın çıxışında baş verib.

Yaralanan “Pryamoy” telekanalının jurnalisti Anna Dzioba hadisə barədə danışıb.

O bildirib ki, Dövlət Təhlükəsizlik İdarəsinin (UGO) əməkdaşları onun və başqa videoblogerin telefonunu əlindən almağa çalışıb.

Dzioba əlavə edib ki, hadisədən sonra Zelenskinin təhlükəsizlik nümayəndələri onu prezidentin kortejindən maşının kapotuna itələyərək yerə yıxıb.

Jurnalist xəstəxanaya yerləşdirilib. Onun dirsək oynağı əzilib və barmaqları şişib.