Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün etdiyi təkliflərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Putinin Ukraynadakı münaqişənin həlli ilə bağlı təşəbbüsü “real sülh təklifi”ndən ibarət deyil. Podolyak qeyd edib ki, Rusiya lideri tərəfindən təklif edilən blokdankənar status Ukraynanı müdafiəsiz edəcək.