Zelenskinin ofisinin qarşısında toqquşmalar - Saxlanılanlar var + Video

zelenskinin-ofisinin-qarsisinda-toqqusmalar
Oxunma sayı: 2032

Kiyevin mərkəzində Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin qarşısında toqquşmalar nəticəsində 27 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Toqquşmalar polis və insan oğurluğuna görə yeddi il müddətinə həbs edilmiş “Sağ sektor”un Odessa bölməsinin eks-rəhbəri Sergey Sternenkonun tərəfdarları arasında baş verib.

Polis 24 nəfəri saxlayıb və hüquq-mühafizə orqanının nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə cinayət işi qaldırıb.

Qeyd edək ki, çərşənbə axşamı günü məhkəmə Sternenkonu insan oğurluğunda təqsirli bilib və əmlakının yarısını müsadirə etməklə yeddi il müddətinə azadlıqdan məhrum edib. Həmin gün axşam minlərlə insan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin qarşısına gələrək Sternenkonun azadlığa buraxılması tələbini irəli sürüb.

Xatırladaq ki, 2015-ci ildə Odessa vilayətində Kominternovski rayon Sovetinin deputatı Sergey Şerbiç qaçırılıb, döyülüb və deputat mandatından imtina etməyi tələb edilib. Şerbiç hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, onu Sternenko və onun silahdaşı Ruslan Demçuk oğurlayıblar. Hüquq-mühafizə orqanları əməkdaşları onları yaxalayıb və həbs edib, lakin sonradan həbsdən buraxıb.