Zelenskinin oxşarına seriala çəkilmək təklif olundu - Video

zelenskinin-oxsarina-seriala-cekilmek-teklif-olundu
Oxunma sayı: 1082

Ukrayna prezidenti Vladimir Zelenskiyə bənzərliyi ilə məşhur olan özbəkistanlı avtomobil satıcısı Ümidcon İsabayevin bəxt üzünə gülüb.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, Moskvada yaşayan özbək vətəndaşa serialda çəkilmək təklif olunub. Üstəlik Ümidə elə Zelenski rolunun tapşırılacağı deyilir. Serialın müddəti hələlik təyin olunmayıb. Bununla bağlı artıq Ümidə müqavilə də təqdim olunub.

Bundan başqa, o, məşhur aparıcı Andrey Malaxovdan kostyum hədiyyəsi də alıb.