Zelenskinin Polşaya səfər tarixi açıqlandı

zelenskinin-polsaya-sefer-tarixi-aciqlandi
Oxunma sayı: 970

“Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-i Polşaya rəsmi səfər edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Polşa Prezidentinin nümayəndəsi Marçin Pşidaç “RMF” radiostansiyasına açıqlamasında deyib. 

Onun sözlərinə görə, səfər Polşa Prezidenti Andjey Dudanın dəvəti əsasında baş tutacaq. 

O bildirib ki, Zelenski bundan əvvəl Polşaya qısa səfərlər edib. Məsələn, o, ABŞ-dən qayıdarkən Polşada da olub.

Xatırladaq ki, daha əvvəl Polşa XİN rəhbərinin müavini Pavel Yablonskiy Zelenskinin ölkəyə səfər edəcəyini açıqlamışdı