Ukrayna prezidenti Vladimir Zelenski İnstaqramda SOCAR yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən kafedən aldığı şaurmanı yeyərkən çəkilmiş fotosunu paylaşıb.
“Qafqazinfo”nun məlumatına görə, prezident bildirib ki, vaxt olmayanda şaurma yemək ən yaxşı çıxış yoludur.
O, bunda utanılası heç bir şey olmadığını vurğulayıb. Zelenski əlavə edib ki, şaurma yemək onun insanlardan qopmamasına kömək edir.
Son xəbərlər
Son Xəbərlər