“Zelenskinin sülh iradəsi yoxdur”

zelenskinin-sulh-iradesi-yoxdur
Oxunma sayı: 1123

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyasında sülh iradəsi yoxdur.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində danışıb.

“Biz Zelenski rejiminin sülh iradəsinin olmadığını qeyd etməyə məcburuq. Onun nümayəndələri müharibə baxımından düşünür və çox aqressiv ritorikaya əl atırlar”, - diplomat bildirib.

Xarici işlər naziri onu da vurğulayıb ki, Kiyev hələ də danışıqlar masası arxasına oturmaq və hərbi əməliyyatların dayandırılmasına nail olmaq zərurətini inkar edir. Onun sözlərinə görə, bunu Ukraynada Rusiya rəhbərliyi ilə danışıqlara qoyulan qadağanın davam etdirilməsi sübut edir.