Zelenskinin Ukraynada reytinqi düşdü

zelenskinin-ukraynada-reytinqi-dusdu
Oxunma sayı: 1414

Ukraynada sosioloqlar prezident Vladimir Zelenskinin reytinqi ilə bağlı sorğu keçirib.

“Qafqazinfo” “TASS-a istinadən xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğuya əsasən Zelenski son bir ayda respondentlərdən 66%-nin rəğbətini qazanıb. Bu göstərici daha əvvəl 73% olub.

Keçmiş prezident Petro Poroşenko isə vətəndaşların mənfi münasibət bəslədiyi siyasətçilər arasında lider olaraq qalır. Ona qarşı mənfi rəy bildirənlər 65% təşkil edib ki, bu da əvvəlki göstəricidən 1% çoxdur.