Zelenskinin xanımı xəstəxanaya yerləşdirildi

zelenskinin-xanimi-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2694

Ukrayna Prezidenti Vladimir Zelenskinin koronavirusa yoluxmuş həyat yoldaşı Yelena xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə dövlət başçısının Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilir ki, hazırda onun vəziyyəti stabildir. Həkimlər ona orta səviyyəli ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu qoyub.

Xatırladaq ki, Prezident və övladlarının koronavirus testləri neqativ olub.