Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı zəli ovlayan şəxsin Sumqayıt şəhər sakini Azər Cəfərov olduğu müəyyən edilib, ondan ovlanmış zəlilər götürülüb.
“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”, - qurum rəsmisi əlavə edib.


Son xəbərlər
Son Xəbərlər