Zəlimxan Yaqubun ölüm xəbərindən sonra Aşıq Əlinin səhhətində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, o, müalicə üçün ölkəni tərk edib.
Aşıq bildirib ki, Zəlimxan Yaqubla yaxın dostluq münasibətləri olub:
"Müalicə almaq üçün ölkədən getdim.Təyyarədən enərkən Zəlimxan Yaqubun ölüm xəbərini eşitdim. Özümü pis hiss etdim. Bizi dostluq telləri bağlayırdı. Xətrimi çox istəyirdi. Dəfn mərasimində iştirak edə bilmədiyim üçün təəssüflənirəm. Buna çox üzüldüm. Sağlığında mənə çoxlu tövsiyələr verib. Mənə düz yol göstərirdi. Repertuarımı hər zaman onunla məsləhətləşib, qururdum. Yoxluğu poeziya aləminə zərbə oldu. Bu itki bizi çox incidəcək".
Son xəbərlər
Son Xəbərlər