Dünən baş verən zəlzələ nəticəsində 5 məktəbə ziyan deyib.
Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib. Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.
Qeyd edək ki, dağıntılar olduğundan hazırda Şamaxı rayonu 2 saylı tam orta məktəbdə dərslər bir müddətlik dayandırılıb.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər