Zəlzələ 7 əmioğlunu yan-yana dəfn etdi

zelzele-7-emioglunu-yan-yana-defn-etdi
Oxunma sayı: 3556

Türkiyədə baş verən zəlzələlər nəticəsində həlak olanların sayı artmaqda davam edir.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həlak olanlar sırasında 7 əmioğlu da var.

Belə ki, 6 mərtəbəli yaşayış binasının dağıntıları altında qalan 7 əmioğlunun həyatını xilas etmək mümkün olmayıb. Onlar bu gün Şanlıurfada yan-yana dəfn ediliblər. 

Xatırladaq ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 20 213, yaralananların sayı isə 80 052 nəfərə çatıb.