Sakinlər ölkə başçısından həyat və sağlamlıqların ciddi təhlükə qarşısında olduğunu vurğulayaraq bunun qarşısının alınması üçün təcili tədbirlərin görülməsini xahiş edib.
Onların sözlərinə görə, 7 may 2012-ci il tarixdə Zaqatala rayonu ərazisində baş vermiş məlum zəlzələ nəticəsində kənddəki evlərə də ciddi ziyanlar dəyib, qəzalı vəziyyətə düşüb: “Zəlzələnin vurduğu ziyanın aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən pul ayrılmasına dair prezident sərəncam imzalayıb. Bununla əlaqədar Zaqatala rayonunun Muxax kəndində də yeni mənzillər tikilib istifadəyə verilib , təmirə ehtiyacı olan evlər üçün birdəfəlik pul kompensasiya verilib. Ancaq bu müraciəti edən biz sakinlərin evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşsə də, bərpaya ehtiyacı olsa da indiyə qədər bir tədbir görülməyib. Baxmayaraq ki, zəlzələdən 2 ildən çox vaxt keçmiş, bu müddət ərzində ərazidə bir-neçə dəfə yeraltı təkanlar baş verib ki, bu da qəzalı evlərimizi daha da pis-yararsız vəziyyətə salıb.
Hər vaxt ölüm təhlükəsi ilə üz-üzəyik, həyatımız ciddi təhlükə qarşısındadır. Rahatlığımız 2 ildir ki, pozulub, himayəmizdə olan azyaşlı uşaqlarımız, nəvələrimiz qorxu-həyacan içində böyüyürlər. Müvafiq orqanlar gəlib evlərimizin qəzalı və bərpaya ehtiyac olması barədə akt tərtib ediblər. Ancaq heç bir əsas olmadan tədbir görülmür.
Biz bu barədə dəfələrlə ərizələrlə müraciətlər etsəkd ə, tədbir görülmür Mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edirik. Həyat və sağlamlığımızın ciddi təhlükədə olmasını nəzərə alıb qəzalı vəziyyətdə olan evlərimizin bərpa edilməsinə tapşırıq verməyinizi xahiş edirik”.
Müraciəti imzalayanlar:
Abdullayev Abdulla İbrahim oğlu AZE 02401272, Məmmədəminov Ziya Xəlil oğlu AZE 09138137 ,
Həmzətov Məhəmməd Şaban oğlu AZE 03441145
İsayev Nazim İslam oğlu AZE 09781570,
Bubuşov İbrahim Qurban oğlu AZE 04747242
Qəniyev Yusif Məhəmməd oğlu AZE 08773664 ,
Məmmədova Nazmiyət Nəsuh qızı AZE 01902122 ,
Qədirov Məhəmməd Hacıəli oğlu AZE 06741359 ,
İbrahimov Həsən İbrahim oğlu AZE 14973140,
Bubuşov İlham Qurban oğlu AZE 14397976
Son xəbərlər
Son Xəbərlər