Zəlzələ bölgəsində epidemioloji vəziyyətlə bağlı - Açıqlama

zelzele-bolgesinde-epidemioloji-veziyyetle-bagli
Oxunma sayı: 2077

Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində yayıla biləcək mümkün xəstəliklər barədə danışıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nazir hazırda epidemiya riskinin olmadığını bildirib:

“Epidemiya riskinin olmaması üçün tədbirlər görürük. Hazırda vəba və tif xəstəliklərinə yoluxmaya rast gəlinməyib”.

Onun sözlərinə görə, analizlər edilib, hələ ciddi problemlər aşkar olunmayıb.