Zəlzələ bölgəsində itkin düşən azərbaycanlıların axtarışları davam edir - Rəsmi

zelzele-bolgesinde-itkin-dusen-azerbaycanlilarin-axtarislari-davam-edir
Oxunma sayı: 1573

Türkiyədə zəlzələ bölgəsində 9 azərbaycanlının axtarışları davam edir. İndiyədək onlardan hər hansı məlumat alına bilmir”.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Xaici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə qeyd edib ki, indiyədək 10 azərbaycanlının zəlzələdə həlak olması rəsmən təsdiqlənib.

XİN rəsmisi eyni zamanda, müraciətlər daxil olduqca təxliyə prosesinin davam etdiriləciyini vurğulayıb: “Ümumilikdə zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilən vətəndaşların sayı 513 nəfərdir”.