“Zəlzələ bölgəsindəki dağıntıların 70 faizi təmizlənib” - Fotolar

zelzele-bolgesindeki-dagintilarin-70-faizi-temizlenib
Oxunma sayı: 1668

“Zəlzələ bölgəsindəki dağıntıların 70 faizi təmizlənib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə yazıb.

Nazir Soylu sökülən və təcili sökülməsi nəzərdə tutulan 56 min 956 binanın 39 min 602-nin qalıqlarının təmizləndiyini, çökən və təcili söküləcək binaların qalıqlarının isə Ramazan bayramına qədər tamamlanacağını bildirib.