Zəlzələ bölgəsindəki sahibkarlardan minimum əməkhaqqı tələbi

zelzele-bolgesindeki-sahibkarlardan-minimum-emekhaqqi-telebi
Oxunma sayı: 2652

Türkiyədə zəlzələdən zərərçəkən müəssisə rəhbərləri tələblər irəli sürüblər.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar ümumi minimum əməkhaqqının xalis əməkhaqqı kimi ödənilməsini tələb ediblər.

Sahibkarlar bildiriblər ki, məqsəd zəlzələnin olduğu 11 əyalətdə məşğulluğu artırmaq və işçilərin miqrasiyasının qarşısını almaqdır. Hələlik həmin müraciətlə bağlı konkret qərar verilməyib.

Lakin qəbul ediləcəyi təqdirdə minimum əməkhaqqının 11 min 760 lirəyə yüksələcəyi gözlənilir.