Zəlzələ haqda açıqlama - “Qorxulu bir şey yoxdur”

zelzele-haqda-aciqlama
Oxunma sayı: 1216

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Saatlı rayonunda 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub. Odur ki, ətraf rayonlarda yaşıyan sakinlər də sosial şəbəkələrdə zəlzələnin hiss olunduğunu yazıb. 

Baş vermiş zəlzələ ilə bağlı “Qafqazinfo”ya daha ətraflı məlumat verən AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli episentrdə yaşayış məntəqəsi olmadığı üçün hər hansı bir dağıntının baş vermədiyini bildirib:

“48-50 km dərinlik böyük dərinlikdir. Zəlzələ dərində olduğuna görə ətraf rayonlarda hiss olunması normaldır. Belə zəlzələlər cənubi-qərbə doğru olur, eləcə də Xəzərdə. Zəlzələ səthi olsaydı, müəyyən dağıntı və çatlara səbəb olacaqdı. Xoşbəxtlikdən episentrdə yaşayış məntəqəsi yoxdur. İndi bir neçə avto-şokların olması gözlənilir. Səthi və yüngül də ola bilər. Sadəcə qorxulu bir şey yoxdur”.

Günel Hacı