Zəlzələ ilə bağlı bu foto saxtadır!

zelzele-ile-bagli-bu-foto-saxtadir
Oxunma sayı: 11429

Azərbaycanda zəlzələ baş verdiyi andan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə yenidən təkanların olacağı ilə bağlı saxta məlumatlar paylaşılır.

“Qafqazinfo”nun məlumatına görə, yayılan fotoda guya gecə saatlarında yeni dalğaların olacağı bildirilir.

Məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas da özünü feysbuk hesabında paylaşım edib. O da qeyd edib ki, zəlzələ haqqında yayılan proqnoz fotosu saxtadır:

“Google (Android) belə imkana sahib deyil. Ümumiyyətlə zəlzələnin proqnozunu verən texnologiya yoxdur. Texnologiyalar sadəcə zəlzələdən saniyələr əvvəl yayılan P dalğalarını təyin edərək, bir neçə saniyə öncə xəbərdarlıq edə bilir”.

Həmçinin oxuyun: "Сильного землетрясения быть не может" - Гурбан Етирмишли