Türkiyədəki zəlzələnin təsiri nəticəsində Suriyanın şimalında yerləşən Hələb şəhərində 6 nəfər xəsarət alıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, həmin şəxslər binaların uçması nəticəsində dağıntılar altında qalıb.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də bu vilayətin Samandağ rayonunda 5,8 bal və Hatayın Mızraklı-Samandağ bölgəsində, yerli saatla 22:00-da 4,3 bal gücündə zəlzələ baş verib.
Xatırladaq ki, zəlzələ Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.
Son xəbərlər
Son Xəbərlər