Gecə saatlarında Xaçmazda zəlzələ baş verib. "Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 00:20-də Qubadan 20 km şərqdə - Xaçmazda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 3 bala yaxın, zəif hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Hiss olunun yeraltı təkanlar sakinləri həyəcanlandırıb. Bəzi sakinlər həyətlərə düşüb.
***
Respublika Seysmoloji Xidmət Mərkəzi də zəlzələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, yerli vaxtla saat 00:22-də Siyəzəndən 37 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,2, dərinliyi 59 km olub. Zəlzələ hiss olunmayıb.
Son xəbərlər
Son Xəbərlər