İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları, Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağılan binalarla bağlı Qaziantep və Malatya Respublika Prokurorluqlarının başlatdığı araşdırmalar çərçivəsində İstanbulda 6 podratçını saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
Zəlzələdə dağılan Doğansoy binasının podratçısı V.R.O, Şadoğlu binasının podratçısı N.H, Serap binasının podratçısı R.Ö, Zorlu binasının podratçısı N.G, Bahçelioğlu binasının podratçısı A.K. və Mazıcı binasının podratçısı M.D. polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb.
Podratçılar V.R.O, N.H. və R.Ö. həbs edilib.
N.G, A.K. və M.D. isə ölkədən çıxışa qadağa qoyulması və müəyyən fasilələrlə polis bölmələrinə imza atmağın daxil olduğu məhkəmə nəzarəti müddəaları ilə azadlığa buraxılıblar.
Son xəbərlər
Son Xəbərlər