Zəlzələdə dağılan daha bir binanın podratçısı həbs edildi

zelzelede-dagilan-daha-bir-binanin-podratcisi-hebs-edildi
Oxunma sayı: 2952

Türkiyənin Hatay şəhərində zəlzələdən dağılan “Tower” binasının podratçısı Cihan İnşaatın sahibi Ömər Cihan həbs edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ömər Cihan Manavgat Titreyengöldə zəlzələ qurbanlarının qaldığı oteldə saxlanılıb.

Gecəni jandarmada keçirən Cihan, proseslər tamamlandıqdan sonra Manavgat Ədliyyəsinə aparılıb.

O, daha sonra həbs edilərək həbsxanaya göndərilib.