Şamaxıda zəlzələ səbəbindən yararsız hala düşən evlərin sayı 41-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, fevralın 5-i gecə saatlarında baş verən zəlzələdən sonra rayon İcra Hakimiyyətinə bu günə qədər 1484 müraciət daxil olub.
FHN-nin əməkdaşları ilə birgə, icra nümayəndələrindən ibarət komissiyaya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib. Məlum olub ki, 41 ev tamamilə yaşamaq üçün yararsızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. 87 ev isə qənaətbəxş hesab edilib.
Şəhər ərazisində yaşamaq üçün yararsız olan ev sakinləri üçün 12 mənzil kirayələnib.
***
Artıq tam qəzalı vəziyyətdə olan 4 evin sökülməsinə qərar verilib. Qeyd edək ki, bu saatlarda sökülmə prosesinə başlanılıb.
Rəşad Türkoğlu





Son xəbərlər
Son Xəbərlər