Zəlzələdə dağılan hotelin şəriki hava limanında saxlanıldı

zelzelede-dagilan-hotelin-seriki-hava-limaninda-saxlanildi
Oxunma sayı: 4814

Türkiyədə baş verən zəlzələdən sonra Adıyamanda dağılan “Bozdoğan” hotelinin şəriklərindən biri Nazan Bağcı İstanbul hava limanında saxlanılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onun “Ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olma” maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Bağcı polis tərəfindən nəzarətə götürülüb.