Ekvadorda güclü zəlzələdə ölənlərin sayı artıb.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, artıq ölənlərin sayının 233-ə çatdığı deyilir.
Həmçinin zəlzələ nəticəsində çökən binaların altında qalan əhalinin xilasetmə tədbirləri davam etdirilir. Zəlzələ baş verən bölgələrə 10 min əsgər və 3500 polis göndərilib.
Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar dünən gecə Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.



Son xəbərlər
Son Xəbərlər