İndoneziyanın Lombok adasında zəlzələdə ölənlərin sayı 555-ə çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 1,5 min insan xəsarət alıb. 390 mindən çox yerli sakin evsiz qalıb və müvəqqəti sığınacaqlara yerləşib.
Qeyd edək ki, adada zəlzələ iyulun 29-dan başlayıb. Avqustun 5-də isə 6,9 ballıq ən dağıdıcı təkanlar qeyd alınıb.
Təbii fəlakətdən turistik zona olan Bali adası da zərər çəkib. İlkin məlumata görə, ölkəyə dəyən zərər 348 milyon dollar civarındadır.
Son xəbərlər
Son Xəbərlər