Zəlzələdə uçan bu binadan da çox danışıldı... - Foto

zelzelede-ucan-bu-binadan-da-cox-danisildi
Oxunma sayı: 5109

Türkiyədə iki həftə əvvəl baş verən dağıdıcı zəlzələdə minlərlə ev uçsa da, bəzi binalar salamat halda qala bilib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Hatayın Antakya bölgəsində uçan çox sayda evlərdən biri xüsusilə diqqət çəkib.

Belə ki, 5 mərtəbəli bina tamamilə uçsa da, bir hissəsi qüllə şəklində salamat qalıb. Binanın ən üst hissəsinin isə dağılmaması marağa səbəb olub. Daha sonradan bu hissənin mənzil deyil, quş damı olması məlum olub.

Hadisə yerində olan müxbirlərin sözlərinə görə, ara-sıra sözügedən hissədən göyərçinlərin havaya qalxmasını görmək mümkündür.