Zəlzələdən əziyyət çəkmiş 1362 kimsəsiz uşaqdan 369-nun ailələri müəyyən edilərək təhvil verilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ailə və sosial xidmətlər naziri Derya Yanık bildirib.
“Xəstəxanada olan uşaqların sayı 792, müəssisələrimizə apardığımız uşaqların sayı 201-dir. Bu uşaqların 1071-nin şəxsiyyətini müəyyənləşdirmişik. 291 övladımızın kimliyini hələ də müəyyən edə bilməmişik”, - deyə nazir vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər