Zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

zelzelede-zerercekenler-arasinda-azerbaycan-vetendasi-yoxdur
Oxunma sayı: 2752

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, səfirlikdən AzərTac-a verilən məlumata görə, hadisədən dərhal sonra qurulan “qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar. “Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil deyil.

Əlaqə nömrəsi: 00905526792565.

“Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.

İyirmi nəfər həyatını itirib, yaralı sayı 1000 nəfəri keçib. Böyük həcmdə dağıntı var.