Zəlzələdən sağ çıxan cütlük 3 gün sonra körpələrinə qovuşdu - Video

zelzeleden-sag-cixan-cutluk-3-gun-sonra-korpelerine-qovusdu
Oxunma sayı: 3095

Kahramanmaraşda yaşayan Lütfiyə və Mehmet Kuşat cütlüyü 10 illik evliliklərində 2 dəfə körpələrini itirib. Ümidsizliyə düşən cütlük 9 ay əvvəl yenidən uşaq sahibi olacaqlarını öyrənib. 31 yaşlı ananın doğumuna 3 gün qalmış isə həmin faciə - zəlzələ baş verir. 

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, faciənin böyüklüyünə baxmayaraq, cütlük 13 mərtəbəli evdən sağ çıxmağı bacarıb. Maraqlısı isə budur ki, doğumun planlaşdırıldığı tarixdə körpələri Metehan dünyaya göz açıb. 

Belə ki, doğuş fevralın 9-na təyin olunubmuş.