Zəlzələdən sonra, hətta işıq da kəsildi - Təhlükəsizliyə görə

zelzeleden-sonra-hetta-isiq-da-kesildi
Oxunma sayı: 1091

"İmişlidə baş verən zəlzələ ilə bağlı nəinki neft kəmərinin, hətta elektrik enerjisinin paylayıcılarının da işi müvəqqəti dayandırıldı".

"Qafqazinfo" xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçkirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İmişlidə baş verən ilk təkan güclü olduğuna görə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq həm enerji, həm də neft kəmərinin nəqli dayandırıldı: "İmşlidə dünən əsas təkandan sonra 7 zəlzələ qeydə alınıb ki, onun ikisi hiss olundu. Hiss olunan zəlzələrin birinin maqnitudası 4.1, ikincinin maqnitudası isə 3.9 qeydə alınıb".