Zəlzələdən sonra İskenderunda dəniz səviyyəsi qalxdı - Video

zelzeleden-sonra-iskenderunda-deniz-seviyyesi-qalxdi
Oxunma sayı: 3671

Türkiyənin zəlzələlərdən zərər çəkən Hatay şəhərinin İskenderun rayonunda dəniz səviyyəsinin qalxması nəticəsində bəzi küçələri su basıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çay Mahallesi Mete Aslan Bulvarında sahildən içəriyə doğru təxminən 200 metrlik su hövzələri əmələ gəlib.

Suyun səviyyəsinin maşınların təkərləri səviyyəsində olan ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Dənizdən gələn suyun yalnız yollarda olduğu və evlərə çatmadığı bildirilir.