Zəlzələdən sonra ümid verən körpə...

zelzeleden-sonra-umid-veren-korpe
Oxunma sayı: 3671

Malatyada yaşayan Sonay Arpacı adlı hamilə qadın dağıdıcı zəlzələdən ailəsi ilə birlikdə evindən qaçaraq xilas olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sonay Arpacı körpəsini qucağına almağına saatlar qalmış zəlzələyə yaxalanıb və ailəsi ilə birlikdə evdən çıxmağı bacarıb.

Arpacı ailəsi 2 gün maşında qalmalı olub. Daha sonra Elazığa köçən ailə AFAD-ın yardım təyyarəsi ilə İstanbula aparılıb. Təxliyyə təyyarəsi ilə İstanbula gətirilən Sonay Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında doğum edib.

Qorxulu anlarda həm həyat yoldaşı, həm də körpəsi üçün narahat olan ata Faruk Arpacı acı-şirin sevincindən də “TRT Haber” ə danışıb:

“Uşağımızı qucağımıza aldıq. Sevindik, Allaha şükürlər olsun ki, həyat yoldaşım zərər görmədi, övladımız sağ-salamat dünyaya gəldi. Həm sevinc, həm kədər, həm də acı”.

3 kilo yarım doğulan Məhəmməd Göktuğ zəlzələdən sonra ümidləri canlandıran körpələrdən biri oldu.