“Zəlzələlər seçkini ikinci plana salmışdı”

zelzeleler-seckini-ikinci-plana-salmisdi
Oxunma sayı: 1955

“Fevralın 6-sı ard-arda baş verən iki güclü zəlzələ seçki və onun tarixi ilə bağlı müzakirələri gündəmimizdən çıxararaq ikinci plana salmışdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında çıxış edərkən deyib.

Onun sözlərinə görə, “əsrin fəlakəti” adlandırılan zəlzələ Türkiyənin 11 vilayətində dağıntı və tələfata səbəb olub: “Zəlzələnin ilk günlərindəki ağır qış şərtləri, zərər görən infrastruktur və 500 kilometr ərazini əhatə edən dağıntı ərazisinin böyüklüyü işimizi xeyli çətinləşdirsə də, bir yol taparaq və açaraq vətəndaşlarımızın köməyinə çatdıq”.

Xatırladaq ki, Ərdoğan ölkədə prezident seçkilərinin mayın 14-ü keçirilməsini təsdiq edib.