Ötən ay baş verən zəlzələlərin Suriyaya vurduğu zərər açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında hesabat dərc olunub.
Hesabata əsasən, bu məbləğ təxminən 5,1 milyard dollardır. Lakin bildirilib ki, bu, dəqiq rəqəm deyil, çünki dəymiş ziyanın real dəyərini hesablamaq hələ də çətindir.
Məlumata görə, zəlzələlərdə daha çox Hələb əyaləti dağılıb.
Son xəbərlər
Son Xəbərlər