“İsmayıllı rayonunun ən yaralı yeri sığortadır. Sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov deyib.
Onun sözlərinə görə, sığorta böyük bazardır: “Evlərin sığortalanması gərgin vəziyyətdədir. Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, evlərin sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub, onlar dünyasını dəyişib, övadlarının da sənədləri yoxdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlaralımız evlərin sığortalanmasında fəal olmalıdır”.
Tədbirdə həmçinin Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyib-dəyməməsi ilə bağlı sual da cavablandırılıb. Mirdamət Sadıqov bildirib ki, baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyməyib: “Bu abidələr o qədər yaxşı tikilib ki, zəlzələ zamanı heç bir daş da qopmayıb. Tarixi abidələrə dövlət səviyyəsində diqqət var, onların qorunması istiqamətində tədbirlər görülür”.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da zəlzələ zamanı rayondakı tarixi abidələrə ziyan dəymədiyini deyib: “Tarixi abidələr çox keyfiyyətli tikilib. Azərbaycan dövləti tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirir”.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də zəlzələ zamanı tarixi abidələrin zərər görmədiyini nəzərə çatdırıb.
***
"Şamaxı rayonunda zəlzələdən sonra sosial obyektlər sırasında bir sıra obyektlərə baxış keçirilib və tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov deyib. Onun sözlərinə görə, yalnız 2 saylı şəhər məktəbinin bir korpusunda bərpaya ehtiyacı olan müəyyən fəsadlar var: "Ona görə də şagirdlər dərs prosesini həmin məktəbin təhlükəsiz hissəsində davam etdirirlər". İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqov bildirib ki, komissiya Gəraybəyli kənd orta məktəbinin yenidən tikintisinə qərar verib. Onun sözlərinə görə, bundan əlavə bir sıra kəndlərdə "Regional İnkìşaf" İctimai Birliyinin birbaşa dəstəyi ilə sosial obyektlər tikilir.
***
Şamaxı icra hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, zəlzələdə zərərçəkmiş evlərin əksəriyyəti fiziki köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb. Onun sözlərinə görə, yeni evlər tikinti normativlərinə uyğun şəkildə tikilir.
Eyni zamanda, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev deyib ki, Ağsuda zəlzələdən zərər çəkmiş evlərin yerində tikilən evlər əsaslı şəkildə bütün texniki parametrlərə cavab verir, Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün tikintilərə nəzarət olunur və zəlzələyə davamlı evlər tikilir" .
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər