Zəlzələnin gücü 5,5 olub

zelzelenin-gucu-55-olub
Oxunma sayı: 2862

Milli Elmlər Akademiyasının Seysmoloji Mərkəzi ölkənin şimal-qərbində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

"Qafqazinfo"nun mərkəzin saytına istinadən verdiyi xəbərə görə, Zaqatala ərazisində 5,5 bal gücündə təkanlar qeydə alınıb.

"Zəlzələ 22:40-da 12 kilometr dərinlikdə meydana gəlib"- xəbərdə deyilir.

Yeraltı təkanlar Ermənistanın şimal-şərqində, Gürcüstanda və Dağıstanda hiss olunub.