Zəlzələyə görə Bakı-Novorossiysk ilə neft ötürülməsi dayandırılıb?

zelzeleye-gore-baki-novorossiysk-ile-neft-oturulmesi-dayandirilib
Oxunma sayı: 1128

SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsini əvvəlki rejimdə davam etdirir. "Qafqazinfo" xəbər verir ki, bu barədə TrendSOCAR-dan bildiriblər.

Şirkətdən bildiriblər ki, avqust ayı üzrə cədvələ uyğun neft tədarükünə səhər saatlarında başlanılıb: "Bizə tədarükün dayandırılması barədə məlumat daxil olmayıb. Ola bilər ki, hansısa mərhələdə müvəqqəti fasilə yarana bilər, lakin hazırda planlı şəkildə tədarük davam edir, boru kəməri işləyir və "Tarnsneft"dən hər hansı müraciət bizə daxil olmayıb".

Qeyd edək ki, RİA Novosti saytı "Transneft"in başçısının müşaviri İqor Deminə istinadən Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi hazırda səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılması ilə bağlı məlumat yaymışdı.