Zəlzələyə görə “Teknofest İzmir”in vaxtı dəyişdi

zelzeleye-gore-teknofest-izmirin-vaxti-deyisdi
Oxunma sayı: 1536

“16-19 mart tarixlərində keçirməyi planlaşdırdığımız “Teknofest İzmir” ölkə olaraq yaşadığımız zəlzələ fəlakətinin gətirdiyi ortaq acıları səbəbi ilə irəli tarixə ertələnib”.

"Qafqazinfo" xəbər verir ki, bu baradə məlumat “Teknofest”in tviter səhifəsində paylaşılıb.

Bildirilib ki, martın 16-19-da Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan “Teknofest” Aerokosmik və Texnologiya festivalı ertələnib.