Zəncani 1 şərtlə edamdan xilas ola bilər - Nazirdən açıqlama

zencani-1-sertle-edamdan-xilas-ola-biler
Oxunma sayı: 2836

İranın Ədliyyə naziri Mustafa Pur Muhammedi edam cəzasına məhkum edilən iş adamı Babək Zəncaninin sağ qalması şərtini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir bildirib ki, Zəncani dövlətə olan 2,8 milyard dollar borcunu geri qaytararsa, bu, məhkəmə qərarına təsir edə bilər:

“Pulu bank hesabımızda gördüyümüz an işbirliyinə girdiyini anlayacağıq. Lakin bu ana qədər işbirliyinə girmək cəhdi görmədik”.

Xatırladaq ki, işadamı Rza Sərrafın ortağı olaraq bilinən Zəncani dövlətə 2 milyard 800 ziyan vurmaqda ittiham edilərək martın 6-da məhkəmə hökmü ilə edama məhkum edilib.