İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimova fikrindən daşınıb.“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb.
Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub. Bu xəbəri eşidən sənətçi bərk qorxuya düşüb və əməliyyat masasına oturmayacağını deyərək, evinə qayıdıb.
“Qafqazinfo” mövzu barədə Zenfira İbrahimova ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək əməliyyat olunacağını qeyd edib:
“Həyat yoldaşım liposaksiya əməliyyatına icazə vermədi, ondan xəbərsiz xəstəxanaya müraciət etmişdim. Amma Sirus həkimi bəyənirəm. Bəyənməsəm, instaqramda adını yazmazdım. Qətiyyən belə şey yoxdur. Mən liposaskiya yox, burun əməliyyatı etdirəcəm, vaxtını da sizə deyəcəm”.
Son xəbərlər
Son Xəbərlər