“Zəng edəcəklər ki, niyə bərkdən güldün?”

zeng-edecekler-ki-niye-berkden-guldun
Oxunma sayı: 890


 “Qafqazinfo”nun məlumatına görə, verilişin mövzusu olan “İctimai rəyə münasibət” haqda danışan ifaçı insanların fikirləri onun üçün önəmli olmadığını bildirib:

“Yalnız özümdən asılı olsa, haqqımda dedikləri mənim üçün önəmli olmaz. Etdiyim hərəkətə atama, ailəmə görə diqqət edirəm. Artist tayfası ağır oturub, batman gəzə bilməz, mümkün deyil.  Çərçivə daxilində olan artist ölür. Lakin mən çıxıb burada artıq hərəkətlərlə rəqs etsəm,  evə gedən kimi zəng edəcəklər ki, o nə idi sən etdin, niyə bərkdən güldün, niyə elə oturdun. İnanın ki, adam özünü güllələmək istəyir. Sosial şəbəkədə bəzən bizə təhqir yazırlar. O insanların tanınmaq şəraiti yoxdur, ona görə də bizi təhqir edirlər. İnsanlar başa düşsünlər ki, fəhlə işləsələr də, daxilən tamamlanmış insan olmalıdırlar. Xarici görünüşümü bəyənməyən insanların fotolarına baxıb şoka düşürəm”.