“Zəng edib deməmişik ki, onları seçki komissiyalarından çıxarın”

zeng-edib-dememisik-ki-onlari-secki-komissiyalarindan-cixarin
Oxunma sayı: 1874

“MSK-nın fəaliyyətində hansısa maraq yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Sosial şəbəkələrdə yayılan görüntülərin marağında olmasaydıq, buna imkan verməzdik. Seçki Məcəlləsində bu məsələ yoxdur. Bu və ya digər formada müşahidəçilər və KİV nümayəndələri öz hüquqlarını keçiblər. Onlar komissiyanın fəaliyyətinə mane olublar. Amma biz zəng edib deməmişik ki, həmin müşahidəçiləri, jurnalistləri seçki komissiyalarından çıxarın”, - deyə M. Pənahov bildirib.

Günel Türksoy