“Zəng” kinokomediyası tamaşaçıları güldürə bildi

zeng-kinokomediyasi-tamasacilari-guldure-bildi
Oxunma sayı: 1987



Filmi tamaşaçılara təqdim edən ekran əsərinin quruluşçu rejissoru Səmimi Fərhad bildirdi ki, kinokomediya yaxın zamanda böyük tamaşaçı kütləsi üçün də göstəriləcək. “Qafqazinfo”nun məlumatına görə, filmin alıcıları ilə bu barədə söhbət aparılır.

Qeyd edək ki, kinokomediya Eldar İmanovun “Qonşuluqda qısqanclıq” pyesi əsasında ərsəyə gəlib. Elə ssenarist müəlliflərindən biri də, Eldar İmanov özü və Qorxmaz Əlilicanzadədir. Filmdə tanınmış aktyor və aktrisalar -Qorxaz Əlilizanzadə(Əlili), Natiq Fərzəliyev, Kəmalə Müzəffər, Eldar İmanov, Telli Hüseynova və digərləri iştirak edirlər.

Filmdə baş verən hadisələr bir binada yaşayan qonşular arasında cərəyan edir. Qalmaqalın əsas səbəbkarı isə Safura adlı dedi-qoduçu xanım olur. Bir zəng səbəbindən bütün qonşular

bir-birinə dəyir. Nəticədə polis serjantı qalmaqalın səbəbini ortaya çıxarır. Filmdə bu gün üçün aktual olan ana dilimizin qorunması məsələsi də qabardılıb. Eldar İmanovun canlandırdığı Arif obrazı hər addımda rus dili kəlməsindən istifadə edənləri tənqid edir.

Raminə