Zəng vurmaq üçün telefon istədi, götürüb oğurladı

zeng-vurmaq-ucun-telefon-istedi-goturub-ogurladi
Oxunma sayı: 1160


Xəzər RPİ Cinayət-Axtarış Şöbəsi və 2-ci PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əlibaba Əzizovun idarə etdiyi «VAZ-2101» markalı avtomobildən 430 qram marixuana aşkar olunaraq götürülüb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Cəlilabad rayon sakini Cavid Əhədli tutulub. Məlum olubki, o, avqustun 30-u 2013-cü il tarixdə Dənizkənarı Milli parkda Bakı şəhər sakini Anar Rəhimovun etibarından sui-istifadə edərək zəng etmək adı ilə mobil telefonunu alıb qaytarmayıb.

Yanvarın 25-də Yeni Günəşli qəsəbə sakini Sübhan Bayramov qarın nahiyyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətilə xəstəxanaya daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Məmmədov Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulub.