“Zəng vurub dedilər ki, dostun ölüb…”

zeng-vurub-dediler-ki-dostun-olub
Oxunma sayı: 2326


 “Qafqazinfo”nun məlumatına görə, müğənnilər “Şoubiz” verilişində  1 Aprel sərgüzəştlərindən danışıblar:

Müğənni Emil Bədəlov: “Aprelin biri mənə zəng vurub dedilər ki, dostun ölüb. Ağlaya-ağlaya xəstəxanaya getdim. Zarafat olduğunu biləndə məni aldadan dostumu döydüm”. 

Müğənni Rəqsanə İsmayılova: “Dostum məni  rayonların birinə toya dəvət etdi. Köməkçimlə tələsə-tələsə getmişik. Məkana çatanda gördük ki, restoran da, toy da yoxdur. Sonra dostum dedi ki, bir gün qalıb dincəlin. Dəli oldum. Boş yerə o qədər yol getdim”. 

Müğənni Kərim Abbasov: “Zəng edib dedilər ki, dostum qəza keçirib, xəstəxanadadır və vəziyyəti pisdir. Maşına minib tez xəstəxanaya getdim. Çatanda gördüm ki, xəstəxananın qarşısında dayanıb”. 

Könül